Bakıda bu gün koronavirusa görə bağlanan məktəblərin sayı 4 dəfə artdıbackend

Bakıda bu gün koronavirusa görə bağlanan məktəblərin sayı 4 dəfə artdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 166, 248 və 258 nömrəli tam orta məktəblərin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

NOCOMMENT xəbər verir ki, bu barədə report-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, 166 nömrəli tam orta məktəbdə çalışan 2, 258 nömrəli tam orta məktəbdə çalışan 3, 248 nömrəli tam orta məktəbdə çalışan 7 müəllimin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında məktəblərdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Xatırladaq ki, bu gün Bakının 27 nömrəli məktəbin, Ağdaş, Qax və Kürdəmirdə də məktəblərin eyni səbəb üzündən bağlanması bildirilib…