Bakıda bu kənd tülkülərə TƏSLİM OLDUbackend

Bakıda bu kənd tülkülərə TƏSLİM OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son 1 il ərzində Bakıda və ətraf kənd, qəsəbələrdə yırtıcı heyvanların sayının sürətlə artdığı ilə bağlı xəbərlərə tez-tez rast gəlmək olur. Bu yırtıcılar arasında tülkü xüsusilə ən çox narahatlığa səbəb olmağa başlayıb.

Adətən meşə və çöllüklərdə yaşadığını eşitməyə alışdığımız bu yırtıcıları artıq Bakının bir çox yerlərində görmək mümkündür.

Belə ərazilərdən biri kimi Abşeronun Məhəmmədi kəndini qeyd edə bilərik.

NOCOMMENT.az xəbər verir ki, kənd sakinlərinin Titul.az-a verdiyi məlumata görə, bu gedişlə artıq tülkülərlə biryerdə yaşamağa alışacaqlar. Sakinlər kənddə hər üç həyətdən birində tülkünün törətdiyi fəsadlara rast gəlindiyini bildirirlər.

Onların sözlərinə görə bu yırtıcılar sakinlərin təsərrüfatla məşğul olmasına hazırda ən ciddi maneəyə çevrilib.

Sakinlər tülkülərin əlindən həyətlərində nəyinki toyuq-cücə saxlamağın, hətta əkinlə də məşğul olmağın dözülməz həddə çatdığından narahatlıqların ifdə ediblər: “Səhər duranda görürük ki, əkdiyimiz “şitilləri”, kartof və digər tərəvəz məhsullarını tamamilə yararsız hala salıblar. Günlərlə hazırlaşıb çəkdiyimiz əziyyəti bir gündə məhv edirlər”.

Kənd sakinləri vəziyyətin günü-gündən daha da pisləşdiyin bildiriblər.