Bakıda bu mənzil 3.5 milyona satışa çıxarıldı – FOTObackend

Bakıda bu mənzil 3.5 milyona satışa çıxarıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhərində mənzil fantastik qiymətə – 3 milyon 500 min manata satışa çıxarılıb.

NOCOMMENT.az Yeni Sabah-a istinadən xəbər verir ki,mülk paytaxtın Nəsimi rayonunda, Vidadi küçəsində yerləşir. “Tarqovu” adlanan ərazidə yerləşən arxitektur binadakı mənzilin sahəsi nə az, nə çox, 400 kvadrat metrdir və 8 otaqdan ibarətdir.

Belə ki, “Tarqovu” adlanan ərazidə yerləşən mənzil iki evdən ibarətdir və mənzillərin girişi bir blokdandır. Elanda qeyd edilir ki, birinci mərtəbə 3 yataq otağı, 1 zal, 3 sanuzel, qarderob, geniş dəhliz və mətbəxdən ibarətdir. İkinci mərtəbədə isə 3 otaq, zal və ikinci mətbəx var.