Bakıda bu poliklinikanın lifti aylardır işləmir – VİDEObackend

Bakıda bu poliklinikanın lifti aylardır işləmir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Valideynlər qucaqlarında körpə ilə 4 mərtəbəni pilləkənlə qalxırlar… Çünki, poliklinikanın lifti 3 aydır ki, işləmir…

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət 8 noyabr prospekti 626 ünvanında yerləşən 4 nömrəli uşaq poliklinikasından gedir.

Bəli, bura gələn bütün valideynlərin ya qucağında, ya da yanında uşaq olur. İsti havada qapıdan içəriyə daxil olan hər kəs liftə yaxınlaşır və kor peşiman geri qayıdır.

Məsələ ilə bağlı Bakı Baş Səhiyyə Mərkəzindən bildirildi ki, 4 nömrəli uşaq poliklinikası onların strukturuna daxildir. Liftdə yaranan texniki nasazlıq qısa müddətdə aradan qaldırılacaq.

Sözügedən problemin operativ həlli istiqamətində zəruri tədbirlər görülür.

Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.