Bakıda bu restoran şortik geyinən kişiləri içəri buraxmır – FOTObackend

Bakıda bu restoran şortik geyinən kişiləri içəri buraxmır – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda fəaliyyət göstərən məşhur “Qoşa qala” restoranı kişi müştərilərinə xəbərdarlıq edib. Bildirilib ki, şortik və səndəl geyinən kişilər içəri buraxılmayacaq.

NOCOMMENT.az xəbər verir ki, bu haqda restoranın sosial şəbəkə hesabında elan verilib. Eyni zamanda heyvanla məkana gəlmək qadağandır.

“Hörmətli qonaqlar, restorana aid xüsusi dress-kod mövcuddur. Bu səbəblə restorana şortik və dabanıaçıq ayaqqabı ilə (başmaqla) giriş təəssüf ki, mümkün deyil. Sözügedən bildiriş yalnız bəylərə şamil olunur. Həmçinin restoran ərazisində ev heyvanları ilə gəzintiyə icazə verilmir. Anlayışınız üçün təşəkkür edirik” deyə, paylaşımda qeyd olunub.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanda sürücülük vəsiqəsi almaq üçün imtahana şortikdə gedən kişilər binaya buraxılmayıb. Daha sonra Bakı şəhər sakini Azər Kərimov “şortik” geyindiyinə görə notariat kontoruna buraxılmadığını demişdi.

Sfera.az