Bakıda bu yolda hərəkət dayandırıldı, tıxac yarandıbackend

Bakıda bu yolda hərəkət dayandırıldı, tıxac yarandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Sabunçu rayonunda avtomobil yollarının təmiri sıxlıq yaradıb.

NOCOMMENT xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, Zabrat şosesində Zabrat qəsəbəsi istiqamətində Musa Bayramov küçəsi ilə kəsişən hissədə yolda aparılan təmir işləri ilə əlaqədar olaraq yolun bir zolağı hərəkət üçün məhdudlaşdırılıb.

Bu səbəbdən Zabrat şosesində Əmir Bağırov küçəsi ilə kəsişmədən başlayaraq təmir aparılan hissəyədək sıxlıq müşahidə olunur.