Bakıda 28 May küçəsində budanmış ağacın pöhrələrinin kəsilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə apa-ya Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.
Qeyd edilib ki, 28 May küçəsində baş vermiş bu hadisə ilə bağlı Bakı şəhər yaşıllaşdırma təsərrüfatı birliyinin mütəxəssisləri tərəfindən ağaca baxış keçirilib: “Müdaxilə faktı aşkarlanıb, aktlaşdırılaraq aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına göndərilib”.