Bakıda çipsini müştəriyə beşqat qiymətə sırıyan zallarbackend

Bakıda çipsini müştəriyə beşqat qiymətə sırıyan zallar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“CinemaPlus” kinotetarına gələn vətəndaşların kənardan aldıqları qida və içki məhsulları ilə, xüsusən popkorn, çips kimi məhsullarla kino zalına daxil olmalarına icazə verilmir. Yalnız “Cinema Plus”da satılan məhsullardan alıb içəri keçmək olar. Lakin kinoteatr daxilində satılan məhsullar marketlə müqayisədə qat-qat baha olduğu üçün vətəndaşlar bu məhsulları marketdən almağa üstünlük verirlər. Bu səbəbdən gün ərzində nəzarətçilərlə vətəndaşlar arasında gərginlik yaşanır. Bəs görəsən “CinemaPlus” bu qadağanı hansı qaydalara əsasən tətbiq edir? Məhsulların qiyməti necə tənzimlənir?

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı Axar.az-a açıqlama verən “CinemaPlus” kinoteatrlar şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Nərmin Həsənova bildirib ki, sözügedən qadağa kinoteatrlar şəbəkəsi açıldıqdan bu günə kimi mövcuddur və bu qayda dəyişməyəcək.

“Qiymətlərin baha olmasına gəlincə, restoranlarda və kafelərdə də qiymətlər marketlərdən fərqlənir. Bu normaldır”, – N.Həsənov deyib.

“ParkCinema” kinoteatrlar şəbəkəsinin mətbuat katibi Rüstəm Fətəliyev də açıqlamasında qeyd edib ki, bütün istirahət mərkəzlərində, restoranlarda bu qadağa var:

“Eyni zamanda qiymət fərqi də marketlərlə müqayisədə özünü göstərir. Kinoteatrlarda da bu qayda eynidir”.

Nizami Kino Mərkəzinin mətbuat katibi Arzu Əhədova isə bildirib ki, Nizami Kino Mərkəzində hazırda bu qadağa pandemiya səbəbindən tətbiq olunur:

“Pandemiya şərtləri səbəbindən çalışırıq belə hallar olmasın. Kinoteatrın daxilində popkorn və içəcəklər almaq olar. Bu məsələni pandemiyaya görə ciddi nəzarətdə saxlayırıq”.

Qeyd edək ki, kinotetarlar, adından da göründüyü kimi, restoran deyil, kinoya baxmaq üçün yerdir. Burada vətəndaşlar yeməyə gəlmir ki, onlara içəri yemək keçirməyə icazə verilməsin.

Kinoya baxmaq üçün gələn şəxsləri yalnız öz barlarından alverə məcbur etmək və məhsulları 5 dəfə bahasına satmaq “dünya praktikası” sayıla bilməz.