Bakıda çoxmərtəbəli yaşayış binasında lift qırılıb, xəsarət alanlar var – FOTO – VİDEO – YENİLƏNİBbackend

Bakıda çoxmərtəbəli yaşayış binasında lift qırılıb, xəsarət alanlar var – FOTO – VİDEO – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xətai rayonunda çoxmərtəbəli binada liftin qırılması nəticəsində xəsarət alan şəxslərin vəziyyəti məlum olub.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən 7 nəfərdən 6-sı ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Yalnız onlardan biri 1993-cü il təvəllüdlü Cəfərova Xatirə Ədalət qızının hər iki ayağının sınığı olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

***

23:57

Bakıda çoxmərtəbəli yaşayış binasında lift qırılıb, xəsarət alanlar var.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu Xudu Məmmədov küçəsində baş verib. Liftin qırılması nəticəsində 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəsarət alanlar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Onlardan ikisi uşaqdır.

Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən hündürmərtəbəli binada liftin qırılması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 112-i qaynar xəttinə məlumat daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dərhal hadisə yerinə nazirliyinin xilasediciləri cəlb olunub: “Nazirliyinin xilasediciləri hadisə yerinə çatanadək məlumatla xilasedicilərə ehtiyac olmadığı bildirilib”.