Bakıda daha 2 küçədə sürət həddi ENDİRİLDİbackend

Bakıda daha 2 küçədə sürət həddi ENDİRİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Məhəmməd Hadi və Təbriz küçələrində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.

Bu barədə NOCOMMENT.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, hər iki yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.

Qurum sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələrini xahiş edib.