Daha bir avtobus xəttindən şikayət var.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, 166 saylı marşrut xəttində işləyən avtobuslar yarım saatlıq ara ilə işləyirlər.
Onlar iddia edir ki, gülçülük adlanan ərazidən paytaxtın “8-ci kilometr” bazarının qarşısınadək yol alan 166 saylı marşrutu bəzən yarım saatdan da çox gözləyirlər.
Sərnişinlər iddia edir ki, bu marşrut xəttində avtobusların sayı az, məsafə uzun, interval isə çoxdur.
Sürücülər isə deyir ki gecikmələr yalnız pik saatlarda olur:
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.