Bakıda daha bir məktəb distant tədrisə keçibbackend

Bakıda daha bir məktəb distant tədrisə keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 47 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, 47 nömrəli tam orta məktəbin 25 şagirdi və 4 müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub. Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 47 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub. Bu müddət ərzində təhsil müəssisəsində dərslər distant formada davam etdiriləcək, tədrisin davamlılığı təmin olunacaq.

“Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur”, – deyə məlumatda vurğulanıb.