Bakıda daha bir qanunsuz tikinti: sakinlər etiraza hazırlaşır – FOTObackend

Bakıda daha bir qanunsuz tikinti: sakinlər etiraza hazırlaşır – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda daha bir qanunsuz tikili sakinlərin narazılığına səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Bakupost.az -a Afiyəddin Cəlilov küçəsində yaşayan sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, yaşadıqları binanın qarşısında, gediş-gəlişin sıx olduğu ərazidə yeni 13mərtəbəli binanın tikintisinə başlanılıb.
Sakinlər tikintinin hansı şirkət tərəfindən aparıldığından xəbərsizdirlər. Onlar yeni tikilinin yaşadıqları binanın qarşısını kəsəcəyindən narazıdırlar.
Qeyd edək ki, yeni tikiləcək bina Afiyəddin Cəlilovla Ayaz İsmayılov küçələrinin kəsişməsində yerləşir.
Qanunsuz tikiliyə etiraz edən vətəndaşlar sabah saat 11:00-da həmin ərazidə aksiya keçirməyi planlaşdırırlar.