Bakıda daha bir restorandan ŞİKAYƏT – VİDEObackend

Bakıda daha bir restorandan ŞİKAYƏT – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səs küy, qalmaqal və ətrafa yaılan musiqi səsi… Evində dincliyini itirən də var, səs-küydən yata bilməyən də…

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, görüntülər Binəqədi rayonu Şiran küçəsindəndir. Ərazidə yaşayan sakinlər iddia edirlər ki, “Közüstü Ailəvi Restoran”nından gecəyarısınadək gələn səs-küy onları təngə gətirib.

Sakinlər iddia edirlər ki, bununla bağlı dəfələrlə iaişə obyektinin rəhbərliyinə müraciət ediblər. Hər dəfə də təhqir və tənqidlə üzləşiblər.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli “Xəzər Xəbər”ə bildirdi ki, qeyd edilən məkanda polis əməkdaşları tərəfindən profilaktik tədbirlər həyata keçirilib və vətəndaşları narahat edən hal aradan qaldırılıb. Həmin məkanın məsul əməkdaşı barəsində inzibati protokol tərtib edilib və belə halın təkrarlanacağı təqdirdə daha ciddi tədbirlərin görüləcəyi onun diqqətinə çatdırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.