Bakıda daha bir universitet müəllimi koronavirusdan vəfat etdi – FOTObackend

Bakıda daha bir universitet müəllimi koronavirusdan vəfat etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Slavyan Universitetinin (BSU) rus dili kafedrasının müdiri, dosent Könül Qasımova koronavirusdan vəfat edib.

NOCOMMENT xəbər verir ki, bu barədə universitetin prorektoru Xanım Sultanova sosial şəbəkədə bildirib.

“Koronavirus BSU-dan da yan keçmədi. BSU-nun rus dili kafedrasının müdiri dosent Könül Qasımovanı itirdik. Hamı şok içində. Hamı kədər içində. Mən ilk dəfə rektorumu belə dərd içində, “necə bir gəlini itirdik”, – deyə için-için ağlayan gördüm.Çox ağır dərddir. Bütün BSU əhlinə başsağlığı verirəm. Allah sənə rəhmət eləsin, Könül! Tanrı dünyamızı qorusun! Sözün bitdiyi yer! Heç özümə yer tapa bilmirəm!”, – deyə prorektor bildirib.