Sosial şəbəkələrdə metronun “Azadlıq” stansiyası yaxınlığında quraşdırılan smart tipli dayanacaqların birində antisanitar vəziyyətin yaranması barədə videogörüntülər yayılıb.
NOCOMMENT.az xəbər verir ki, kadrlarda dayanacağın içərisinin yandırıldığı da açıq-aşkar görünür.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, paytaxt ərazisindəki bütün dayanacaqlarla bağlı mütəmadi olaraq monitorinqlər aparılır.
Vətəndaşlardan daxil olan müraciətlər əsasında da pavilyonlara baxış keçirilir. Aşkar edilən nöqsan və çatışmazlıqlar aradan qaldırılır.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli isə bildirib ki, görüntülər araşdırılır.\\Pravda.az