Bakıda dəb gecəsi – Xalçalar libas oldu + Fotolarbackend

Bakıda dəb gecəsi – Xalçalar libas oldu + Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 3-də Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə “AFFFAIR” markasının təsisçisi Rüfət İsmayılın xalça motivləri əsasında hazırlanan geyimlərinin dəfiləsi keçirilib.

NOCOMMENT.az xəbər verir ki, R. İsmayılın qədim çeşnilər – “Açma-yumma”, “Qarabağ”, “Naxçıvan”, “Ovçuluq”, “Pazırıq” xalçalarının elementlərindən ruhlanaraq hazırladığı dizaynlar əsasında hazırladığı “Sumakh” geyim kolleksiyası nümayiş etdirilib.

Dünyanın ən qədim xalçaçılıq mərkəzi olan Azərbaycanda bu sənət növü əsrlər boyu nəsildən-nəslə ötürülüb, müasir dövrədək qorunub saxlanılıb. Xalça motivləri hər zaman yeni ideyaların, əsərlərin yaranmasına təkan verib.

Azərbaycanda xalçaçılıq məktəbinin yaşadılması və inkişafına, eləcə də dünyada tanıdılmasına dəstək göstərən Heydər Əliyev Fondu bu istiqamətdə Azərbaycanda və xaricdə bir sıra layihələr, sərgilər təşkil edib. UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilən Azərbaycanın ənənəvi xalçaçılıq sənəti yeni layihələrdə yenə də zövqləri oxşayır.

Heydər Əliyev Fondunun dəstəyi ilə dizayner-modelyer Rüfət İsmayılın Azərbaycan xalçalarının motivləri, zəngin rəngləri və naxışlarından bəhrələnərək yaratdığı və Azərbaycanın Qarabağ zəfərinə həsr olunan “Sumakh” kolleksiyası da bu baxımdan diqqət çəkir.

“AFFFAIR in Carpets” adlı nümayişdə “Sumakh Haute Couture” və “Sumakh Affordable Luxury” kolleksiyasından qeyimlərin dəfiləsi keçirilib.

Qeyd edək ki, “Sumakh Haute Couture” bu günədək Paris və Moskvada nümayiş etdirilib. “Sumakh Affordable Luxury” kolleksiyası isə ilk dəfə məhz Bakıda nümayiş olunub.