Bakıda direktorla şagirdin hicab qalmaqalı – Açıqlamabackend

Bakıda direktorla şagirdin hicab qalmaqalı – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Novxanıda yerləşən 1 saylı tam orta məktəbdə direktor Taliyə Mirzəyevanın şagirdin başından hicabı yerə atması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

NOCOMMENT xəbər verir ki, bunu axar.az-a açıqlamasında Novxanı kənd 1 saylı tam orta məktəbin katibəsi Nəzakət Əliyeva deyib.

O bildirib ki, direktorla şagird arasında bu barədə söhbət belə olmayıb: “Direktorun şagirdin başından hicabı açması olduqca yanlış məlumatdır. Direktor yalnız şagirdin anası ilə söhbət edib və bildirib ki, çöldə hicablı olsa da, məktəbə daxil olarkən başını açsın. Valideyinə şagirdin dərsdən sonra istəsə, yenidən hicabını taxıb, evə gedə bilməsi deyilib. Direktor şagirdin özü ilə qətiyyən bu barədə danışmayıb. Şagird də dərsə daxil olanda başını açdı, evə gedəndə isə yenidən hicabını taxdı. Bizim məktəbdə, ümumiyyətlə, hicablı şagird yoxdur. Yalnız 7-ci sinifdə oxuyan həmin şagird hicab taxır”.

Qeyd edək ki, sosial şəbəkələrdə Novxanı kənd 1 saylı tam orta məktəbin direktoru Taliyə Mirzəyevanın şagirdin başından hicabı yerə atması barədə məlumatlar yayılıb.