Bakıda doğulan dördəmlərin son durumu AÇIQLANDIbackend

Bakıda doğulan dördəmlərin son durumu AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 11-də Bakı şəhərində, özəl klinikalardan birində qadın hamiləliyin 32-ci həftəsində qeysəriyyə kəsiyi əməliyyatı ilə beşəm dünyaya gətirmişdi.

NOCOMMENT xəbər verir ki, onların son durumu barədə oxu-nun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hamilə barədə məlumat daxil olduqda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ailəyə icbari tibbi sığorta üzrə müqaviləsi olan özəl tibb müəssisəsində qeysəriyyə əməliyyatının ödənişsiz reallaşdırılması təklif olunub, lakin ailə başqa klinikada bu əməliyyatı etdirmək istədiyini bildirib.

Yenidoğulmuşlardan üçü həyatlarının birinci sutkasında, digər ikisi isə həyatlarının ikinci sutkasında TƏBİB-in tabeliyindəki K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüb.

Dördü oğlan, biri qız olan körpələrin daxil olarkən vəziyyətləri kritik ağır olub. Ön planda tənəffüs çatışmazlığı, erkən doğulmaya bağlı morfofunksional yetməzlik əlamətləri qeyd olunub.

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda körpələrdən dördünə ağciyər alveollarını açıq tutmaq məqsədilə endotraxeal borudan “Surfaktant” (“Curosurf”) preparatı yeridilib.

Birinə isə kəskin anemiyanın korreksiyası məqsədilə “Cross-match” uyğunluğu müəyyən edildikdən sonra qan köçürülüb. İnstitutda körpələrə bütün zəruri kliniki, laborator müayinələr ödənişsiz – icbari tibbi sığorta çərçivəsində həyata keçirilib.

Süni ventilyasiya aparatında olan iki körpənin vəziyyəti çox ağır, digər üçünün vəziyyəti isə ağır stabil olub. Həkimlərin səyinə baxmayaraq, uşaqlardan biri dünyasını dəyişib. Digər körpələrin vəziyyəti isə stabilləşdirilib və həyati təhlükəsi olmayıb.

Buna baxmayaraq, ailənin istəyi ilə digər dörd uşaq Bakıda yerləşən özəl klinikalardan birinə köçürülüb. Ailəyə dəstək məqsədi ilə dəyəri yüksək “Surfaktant” (“Curosurf”) və İVİQ (“Panziqa”) preparatları da özəl tibb müəssisəsinə icbari tibbi sığorta çərçivəsində ödənişsiz təqdim olunub.

Qeyd edilib ki, beşəmlərə TƏBİB-in tabeliyindəki tibb müəssisəsində bütün tibbi xidmətlər ödənişsiz olaraq göstərilib.