Bakıda əhali bu məhsullara daha çox pul xərcləyibbackend

Bakıda əhali bu məhsullara daha çox pul xərcləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci ilin yanvar ayında Bakıda ticarət dövriyyəsinin həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz azalaraq 1 milyard 757,4 milyon manat olub.

NOCOMMENT.az xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə 3,8 faiz artaraq 882,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,5 faiz azalaraq 875,0 milyon manata bərabər olub.

İstehlak məhsullarının 33,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 55,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 10,8 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
Trend