Bakıda ən bahalı və ucuz torpaqlar bu rayonlardadırbackend

Bakıda ən bahalı və ucuz torpaqlar bu rayonlardadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illər paytaxt ərazisində yerləşən torpaqların qiymətində kəskin artım müşahidə olunmaqdadır. Bakınn 12 inzibati rayonu arasında əmlak qiymətlərində radikal fərqlər mövcuddur. Məsələn, Nəsimi, Yasamal, Nərimanov kimi rayonlarda torpağım 1 sotu 200-250 minə qalxdığı halda, paytaxtın “ucqarı” sayılan Qaradağ, Xəzər, Pirallahı rayonlarında bəzi yerlərdə 1000-2000 manata da təklif olunur.

NOCOMMENT.az xəbər verir ki, Yenisabah.az Azərbaycan Beynəlxalq Bankının statistik məlumatları əsasında qiymətləri araşdırıb. Hazırda Bakının torpaq satışı barədə ən “bahalı” rayonu Nəsimidir. Coğrafi olaraq paytaxtın “qərb qapısı” adlandırılan rayonda torpağın 1 sotunun maksimal qiyməti 250-300 min manat civarındadır. Siyahıda növbəti pillədə Nərimanov rayonu qərarlaşıb. Ötən ilin statistikasına əsasən, Nərimanovda torpağın ən yüksək qiyməti 150-200 min manat dəyərindədir. Nərimanovu 120-150 minlə Yasamal rayonu izləyir. İlk “altılığı” bir-birinin ardınca Xətai, Nizami və Səbail rayonları tamamlayır.

Araşdırmamıza əsasən, Bakının torpaq qiymətləri sarıdan ən ucuz olduğu rayonları isə Qaradağ, Xəzər və Suraxanıdır. Ərazi baxmından paytaxtın ən böyük rayonu olar Qaradağda 1 sot torpağın ən yüksək qiyməti maksimum 10 min manatdır. Bu rəqəm Xəzər rayonuda 15 min, Suraxanıda isə 20 mindir. vakansiya

Xatırladaq ki, qiymətin xeyli yüksək olduğu mərkəz rayonlarında boş ərazi tapmaq olduqca çətindir. Elan saytlarında nəzər saldıqda, Nəsimi, Yasamal, Nərimov kimi rayonlarda 10 sotdan yuxarı təklif olunan torpaq sahələrinin nadir tapıldığını demək olar.