Bakıda ən çox bu ölkələrin vətəndaşları ev alır – SİYAHIbackend

Bakıda ən çox bu ölkələrin vətəndaşları ev alır – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda xarici vətəndaşların mülk sahibi olma sıralamasına ilk yeri Rusiya tutur”.

NOCOMMENT xəbər verir ki, bunu yenisabah-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

Onun sözlərinə görə, Azərbaycanda əcnəbilərə daşınmaz əmlak satışına dair dəqiq statistika yoxdur: “Dəqiq say yalnız Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ola bilər. Amma araşdırmalar göstərir ki, xarici ölkə vətəndaşlarına satış ilbəil artır.

Ölkədə xarici vətəndaşların mülk sahibi olma sıralamasında ilk yeri Rusiya tutur. İkinci yerdə Türkiyə, üçüncü yerdə isə İrandır.

Rusiya və Türkiyə bu sıralamada ona görə öndədir ki, həmin ölkələrdə yaşayan azərbaycanlılar çoxdur. Onlar bu və ya digər şəkildə Azərbaycana bağlıdır, ailə üzvləri və ya qohumları burada yaşayır.

Sıralamada üçüncü yerdə olan İrana gəlincə, son illərdə İran vətəndaşlarının ölkəmizdə mülk almasında artım müşahidə olunur”.

Ekspert bildirib ki, bu, həmin ölkədə baş verən iqtisadi vəziyyətin, yaşayış səviyyəsinin getdikcə ağırlaşması ilə bağlıdır.

Ramil Osmanlı bildirib ki, Azərbaycanda mülk sahibi olmaqla bağlı konkret məhdudiyyətlər var.

“Xarici ölkə vətəndaşı Azərbaycanda torpaq ala bilməz. İstisna hal kimi nəzərdə tutulub ki, xarici vətəndaş Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olarsa, adına olan sahibkarlıq subyektindən əldə etdiyi mənfəət hesabına torpaq sahəsi əldə edə bilər.

Üstəlik təqribən 4 il bundan əvvələ kimi, 10 Asiya ölkəsi ilə bağlı Nazirlər Kabinetinin qərarı var idi ki, həmin ölkə vətəndaşları Azərbaycanda əmlak alma hüququndan məhrum edilirdi. Bununla bağlı Notariat Kontorlarına məhdudiyyətlər qoyulmuşdu, amma son 2 ildə həmin məhdudiyyətin aradan qaldırılıb-qaldırılmadığı barədə məlumatım yoxdur”, – deyə o fikirlərini yekunlaşdırıb.