Bakıda evlərdən 23 min manatlıq oğurluq edilibbackend

Bakıda evlərdən 23 min manatlıq oğurluq edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda evlərdən 23 000 manatlıq oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pirşağı qəsəbəsindəki evlərin birindən 4 900 manat pul, 15 100 manat dəyərində noutbuk, geyim və məişət əşyaları, digər evdən isə 3 000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini S.Əliyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırmalar davam edir.