Bakıda evlərin həyətlərini və zirzəmilərini qrunt suları basıb – VİDEObackend

Bakıda evlərin həyətlərini və zirzəmilərini qrunt suları basıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivində evlərin həyətlərinə və zirzəmilərinə qrunt suları dolur.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, qəsəbə sakinləri deyirlər ki, ilin bütün fəsillərində qrunt suları həyətlərinə, evlərinin zirzəmilərinə dolur. Yağış yağanda isə vəziyyət daha da dözülməz olur.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən “Xəzər Xəbər”ə bildirildi ki, həmin ərazidə hazırda mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil. Qrunt sularına dair müraciət rayon sukanal idarəsinə daxil olan kimi qəza briqadası əraziyə cəlb edilir və suların çəkilməsi işləri həyata keçirilir.

Xəzər Rayon İcra Hakimiyyətindən isə “Xəzər Xəbər”in sorğusuna cavab olaraq qeyd edildi ki, qəsəbə ərazisindən qrunt sularının kənarlaşdırılması ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətinə müraciət ünvanlanıb. Ərazinin nəzarətdə saxlanılması məqsədilə Xəzər Rayon İcra Hakimiyyəti başçısının Qala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə müvafiq tapşırıq verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.