Bakıda FACİƏ: 35 yaşlı kişi…backend

Bakıda FACİƏ: 35 yaşlı kişi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda qatar piyadanı vuraraq öldürüb. 

 

NOCOMMENT.az Sfera.az-a istinadən bildirir ki, hadisə avqustun 21-də qeydə alınıb.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, 1989-cu il təvəllüdlü Pərviz Mustafayevin Binəqədi rayonu ərazisində dəmir relsinin üzərindən piyada keçərkən teplovozun(qatar) ehtiyatsızlıqdan onu vurması nəticəsində almış olduğu xəsarətlərdən avqustun 26-da xəstəxanada ölüb.Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.İbtidai istintaq davam etdirilir.