Bakıda FACİƏ – Fəhlə təkər altında qalaraq öldübackend

Bakıda FACİƏ – Fəhlə təkər altında qalaraq öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda daş karxanasında fəhlə faciəvi şəkildə ölüb.

Bu barədə NOCOMMENT.az -a Qaradağ Rayon Prokurorluğundan məlumat verilib.
Noyabrın 2-si saat 02 radələrində Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən daş karxanasında fəhlə işləyən 1986-cı il təvəllüdlü Cəmaləddin Zeynalovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Cəmaləddin Zeynalov işlədiyi daş karxanasında hərəkətdə olan “Kamaz” markalı avtomobilin yük yerindən ehtiyatsızlıqdan yerə yıxılaraq təkər altında qalması nəticəsində hadisə yerində ölmüşdür.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə istintaq davam etdirilir.