Bakıda fəhlə bədbəxt hadisə nəticəsində öldübackend

Bakıda fəhlə bədbəxt hadisə nəticəsində öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri Qaradağ rayonunda su xətti çəkən fəhlə bədbəxt hadisə nəticəsində ölüb

Rayon prokurorluğundan NOCOMMENT-ə verilən məlumata görə, noyabrın 16-da saat 15 radələrində Qaradağ rayonu, Baş Ələt qəsəbəsi ərazisində yerləşən Dartı Yarımstansiyasının qarşısında quraşdırılmış müvəqqəti işçi düşərgəsində fəhlə işləyən 1976-cı il təvəllüdlü Tahir Məmmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Tahir Məmmədov düşərgənin mətbəx otağına su xətti çəkən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.