Bakıda film kimi oğurluq hadisəsi baş veribbackend

Bakıda film kimi oğurluq hadisəsi baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda marketdə oğurluq hadisəsi baş verib.

Bu barədə NOCOMMENT.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nərimanov Rayon Polis İdarəsi (RPİ) 17-ci Polis Şöbəsi (PŞ), Nəsimi RPİ 19-cu PŞ və Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Z.Bünyadov prospektindəki marketlərin birindən içərisində 800 manat pul olan seyf, 2 300 manat dəyərində tütün məmulatı, spirtli içki və yağ oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Hüseynli, R.Həsənov və Ağdam rayon sakini əvvəllər məhkum olunmuş E.Həsənov saxlanılıblar.