Bakıda gənc qız dəm qazından boğularaq ölübbackend

Bakıda gənc qız dəm qazından boğularaq ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Sabunçu rayonunda dəm qazından bir nəfər ölüb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki,hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, 26 yaşlı Sevinc Ramazanova hamam otağında dəm qazından boğulub. O, xəstəxanaya aparılarkən yolda keçinib.

S.Ramazanovanın meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib.