Bakıda güclü külək sakinin dövlət tərəfindən qorunan binaya quraşdırdığı dam örtüyünü uçurub.
NOCOMMENT.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, 28 may küçəsi 9 ünvanında yerləşən 34 saylı mənzildə baş verib.
Mənzil sahibi Samir Məmmədovun sözlərinə görə, dünəndən aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, tədbir görülməyib.
Sözügedən bina Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin balansındadır və dövlət tərəfindən qorunur.
Sözügedən quruma sorğu ünvanladıq, bildirildi ki, əslində məsələnin mahiyyəti heç de ev sahibinin iddia etdiyi kimi deyil.
Faktla bağlı Dövlət Xidməti də məlumatlıdır. Bir neçə il əvvəl edilən bütün xəbərdarlıqlara baxmayaraq, vətəndaş ona aid olan evin damında qanunvericiliyə zidd olan konstruksiya quraşdırıb və həmin konstruksiyanı külək atması faktı qeydə alınıb.
Hazırda məsələ ilə bağlı müvafiq tədbirlər görülür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.










