Bakıda hakim COVİD-19-a yoluxdu – Vüqar Səfərli və Vilyam Hacıyevin işi təxirə salındı – FOTObackend

Bakıda hakim COVİD-19-a yoluxdu – Vüqar Səfərli və Vilyam Hacıyevin işi təxirə salındıFOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi koronavirusa yoluxub.

NOCOMMENT.az xəbər verir ki, hakim İradə Həsənzadənin koronavirus testinin nəticəsi pozitiv çıxıb.

Bununla bağlı onun icraatında olan cinayət işləri təxirə salınıb.

Bundan başqa, İ.Həsənzadə ilə kollegiyada olan hakim Azər Paşayev və Əhməd Quliyevin də icraatında olan cinayət işləri təxirə salınıb.

Qeyd edək ki, İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin və ləğv olunmuş KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işləri hakim Azər Paşayevin icraatındadır. Bu səbəbdən onların sentyabrın 3-də keçirilməli olan məhkəmə prosesləri təxirə salınıb./apa

hakim