Bakıda haradan ucuz qiymətə torpaq alıb ev tikdirmək olar? – QİYMƏTLƏR – VİDEObackend

Bakıda haradan ucuz qiymətə torpaq alıb ev tikdirmək olar? – QİYMƏTLƏR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illər paytaxtın ətraf kənd və qəsəbələrində məskunlaşmanın sürətlə artması yaşayış təyinatlı boş torpaq sahələrini kəskin azaldıb.

NOCOMMENT.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Xəzər Xəbər”ə bildirib ki, Bakının bəzi rayonlarında demək olar ki, fərdi yaşayış evi tikmək üçün çıxarışlı torpaq sahəsi tapmaq müşkülə çevirilib.

Ekspert bunu insanların həmin ərazilərə axını ilə əlaqələndirib.

Elnur Fərzəliyev deyir ki, mövcud vəziyyət paytaxtın kənar rayonlarında satışa çıxarılan fərdi yaşayış evlərinin qiymətinə də təsirsiz ötüşmür.

Onun sözlərinə görə, Bakıda torpaq sahələrinin nisbətən aşağı qiymətə satıldığı ərazilər də var.

Ekspert əlavə edib ki, hazırda paytaxtda infrastrukturun daha çox inkişaf etdiyi ərazilərdə fərdi yaşayış evlərinin tikintisinə üstünlük verilir.