Bakıda həbsxanada məhkumun dişlərini oğurladılar – “Qaytarsınlar” – VİDEObackend

Bakıda həbsxanada məhkumun dişlərini oğurladılar – “Qaytarsınlar” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mart ayında azadlığa çıxan keçmiş məhkum Oruc Hüseynov dişlərinin oğurlanmasından şikayətçidir.

NOCOMMENT.az Bakupost.az-a istinadən xəbər verir ki, o, 4 minlik dişlərinin itdiyini bildirib.

“2022-ci il 20 sentyabrda mənə 6 ay hökm oxundu. Şəki həbsxanasına getdim. Mənim dişlərim qapaqdan keçmə idi. Elə oldu ki, yanvarda Kürdəxanıya köçürüldüm. Onda da dişlərimi, dərmanlarımı özümlə gətirmişdim. Kürdəxanıda əlimdən aldılar. Dedilər, çıxanda verəcəyik. Martın 19-u müddət bitib, birliyə qayıdanda dedilər ki, bilmirik dişlərini, dərmanlarını hara qoymuşuq.

Mən dişimi istəyirəm. 4 minlik diş idi. Artıq bir şey istəmirəm ki…”