Bakıda hərəkət iflic oldu – Açıqlama+Fotobackend

Bakıda hərəkət iflic oldu – Açıqlama+Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda hərəkət edən marşurut avtobuslarının intervalında gecikmələr yaranıb.

“Xaliq Faiqoğlu” şirkətinin rəsmisi Nizam Rzayev NOCOMMENT.az -a paytaxtın bütün yollarında sıxlıq müşahidə olunduğunu və bütün marşrut xəttlərinin pozulduğunu bildirib.

Rzayev bunun qarşıdan gələn qeyr-iş günlərinə görə nəqliyyat axının çoxalması ilə əlaqədar olduğunu qeyd edib.

Avtobusların əsasən Bakı-Sumqayıt yolunda, “3-ün kruqu”, “20 yanvar” metro stansiyası, “Dərnəgül” və “Ayna Sultanova” istiqamətində qaldığını bildirən şirkət rəsmisi kifayət qədər avtobus ayırıldığını, sıxlığın onlardan aslı olmayan səbəblərdən olduğunu vurğuayıb.