Tibbi avadanlıqlar xarab oldu, kosmetalogiya şöbəsi bağlandı… Yaşayış binasındakı mənzillərdən birindən sızan su nəticəsinə Bakıdakı özəl klinikalardan birnin ikinci mərtəbəsi sıradan çıxıb… Düz bir ildir iki mərtəbəli bu klinikanın bir şöbəsi bağlıdır…
NOCOMMENT.az xəbər verir ki, bu iddia ilə hospitalın təsisçisi Ronald Dmello müraciət edib.
21 ildir Bakıda tibb sahəsində fəaliyyət göstərən, əslən hindistanlı Ronald Dmello iddia edir, bura onların özəl mülkiyyətidir. Çoxmərtəbəli binanın birinci və ikinci mərtəbəsini əhatə edən hospitalda əhaliyə bütün növ tibbi xidmətlər göstərilsə də artıq oksigen aparatları,və digər tibbi cihazlar, müalicə üçün vacib alətlər suyun təsirindən xarab olub.
Ronald Dmello iddia edir ki, susızma nəticəsində sıradan çıxan hospitalın ikinci mərtəbəsini 3 dəfə öz vəsaitləri hesabına təmir ediblər. Mənzil sahibi isə onlara heç bir yardım göstərməyib.
Hospitalın təsisçisi mənzil sahibi ilə dəfələrlə danışmağa çalışsada, bunun baş tutmadığını iddia edir.
Biz də “Yasamal-28” MMC-nin tikib istifadəyə verdiyi çoxmərtəbəli binanın 3-cü mərtəbəsindəki mənzilin sahibini axtardıq, amma nə qapını açan oldu,nə də telefon zənglərimizə cavab verən. Binanın komendantı Tofiq Səlimovla da əlaqə saxladıq.
Klinikanın sahibi hazırda problemin həll olunduğunu təsdiqləsə də, problemin təkrar yaranmayacağına dair ona zəmanət verilmədiyini deyir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













