Bakıda icra başçısının müavini koronavirusdan vəfat etdibackend

Bakıda icra başçısının müavini koronavirusdan vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Qurban İsmayılov bu gün səhər saatlarında koronavirusdan vəfat edib.

NOCOMMENT-in əldə etdiyi məlumata görə, Q.İsmayılov iki həftə əvvəl verdiyi test pozitiv çıxıb və xəstəxanada müalicə alıb.

İsmayılov Qurban Soltanəli oğlu 19 noyabr 1971-ci ildə Naxçıvan MR Babək rayonu, Qaraxanbəyli kəndində anadan olub. 2017-ci ildən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışırdı.