Bakıda iki avtomobil toqquşub, ölən və yaralananlar varbackend

Bakıda iki avtomobil toqquşub, ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, hadisə Pirallahı rayonunda qeydə alınıb.

Rayon sakini, 1977-ci il təvəllüdlü Oleq Qarkavinin idarə etdiyi “Hyundai Santa Fe” avtomobili ilə 1994-cü il təvəllüdlü Əlirza Dilavərovun idarə etdiyi “Ford Transit” markalı avtomobil toqquşub.

Nəticədə “Hyundai Santa Fe” markalı avtomobilin sürücüsü ölüb, “Ford Transit” markalı avtomobilin sürücüsü Ə.Dilavərov, Ağstafa rayon sakini, 2002-ci il təvəllüdlü Elvin Hacıyev, 2002-ci il təvəllüdlü Sahil Qaçayev, Aleksandr Bıkovski xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol-istismar qaydalarını pozma, zərərçəkənin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanıb.