Bakıda iki məktəbli itkin düşübbackend

Bakıda iki məktəbli itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 11 və 16 yaşlı oğlanlar itkin düşüblər.

NOCOMMENT xəbər verir ki, report-un əldə etdiyi məlumata görə, hadisələrdən biri sentyabrın 7-də paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Şeydabəyov Hüseynağa İlqar oğlu yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

Bundan başqa, Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşayan 11 yaşlı Hacızadə Ülvi Səxavət oğunun sentyabrın 5-də evdən gedərək bir daha qayıtmayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.