Bakıda iki prospektin kəsişməsində hərəkət qismən məhdudlaşdırılacaqbackend

Bakıda iki prospektin kəsişməsində hərəkət qismən məhdudlaşdırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 9-10-da Bakının Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsünün üzərində, Koroğlu yol qovşağı istiqamətində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

NOCOMMENT xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) açıqlamasında bildirilir.

“Alternativ olaraq sürücülər prospektin yan yollarından istifadə edə bilərlər. Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik”, – deyə qurum bəyan edib.