Bakıda dəm qazından ölüm hadisələri baş verib.
NOCOMMENT.az-ın əldə etdiyi məlumata görə, 1967-ci il təvəllüdlü Ülkər Bağıyeva yaşadığı Qızıldaş qəsəbəsindəki evdə dəm qazından zəhərlənərək vəfat edib.
Oxşar hadisə Sabunçu rayonunda da baş verib. Belə ki, 1984-cü il təvəllüdlü Aygün Məmmədova yaşadığı Balaxanı qəsəbəsindəki evin hamamında dəm qazından boğulub.
Hər iki faktla bağlı araşdırma aparılır.\\Qafqazinfo