Bakıda ilk: Piyada üçün asfalt işıqlandırıldı – VİDEObackend

Bakıda ilk: Piyada üçün asfalt işıqlandırıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhərində piyada təhlükəsizliyinin artırılması istiqamətində işlər davam etdirilir.

NOCOMMENT xəbər verir ki, bu bardə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, Təbriz küçəsinin Əliyar Əliyev küçəsi ilə kəsişməsində asfalt örtüyü üzərində yeni işıqlandırılma sistemləri tətbiq edilib.

“Bu cür işıqlandırılma sistemləri sürücülər və piyadaların daha diqqətli olmaları ilə yanaşı, həm də piyadaların piyada keçidindən istifadəsini təşviq edir. Hazırda bir sıra ehtiyac olan digər ərazilərdə də işıqlandırılma sistemlərinin tətbiq edilməsi istiqamətində işlər aparılır”, – deyə məlumatda qeyd edilib.