Bakıda inanılmaz hadisə: qadın taksi sürücüsünə 2300 manat “atdı”backend

Bakıda inanılmaz hadisə: qadın taksi sürücüsünə 2300 manat “atdı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda qadın taksi sürücüsünün pulunu mənimsəyib.

NOCOMMENT.az bakupost.az-a istinadən xəbər verir ki,bu haqda Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, “Toyota” markalı avtomobildə sərnişin qismində əyləşən qadın sürücüdən zəng vurmaq adıyla mobil telefonunu istəyib. Sürücü də xanımın xahişini yerə salmayaraq ona mobil telefonunu verib.

Lakin qadın danışmaq əvəzinə, sürücünün telefonunda mobil tətbiqə daxil olaraq öz hesabına 2300 manat pul köçürüb.

Sürücünün şikayəti əsasında Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları qadının kimliyini isti izlərlə müəyyən ediblər.

Faktla bağlı araşdırma aparılır.