Bakıda intihar edən qız tələbə imişbackend

Bakıda intihar edən qız tələbə imiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki gün öncə paytaxtın Nərimanov rayonunda binanın 8-ci mərtəbəsindən yerə yıxılıb dünyasını dəyişən Heydərova Fidan Rüfət qızı tələbə olub.

NOCOMMENT xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım ediblər.

Belə ki, o, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 2-ci kurs tələbəsi olub.

Qeyd edək ki, Fidan Heydərova əslən Masallı rayonundandır. Atası Rüfət Heydərov isə Qodman kənd tam orta məktəbinin müəllimidir.

F.Heydərova Bakıda kirayə yaşayırmış. Onun intihar etdiyi ehtimal olunur.