Bakıda irigövdəli ağac avtomobilin üzərinə aşdıbackend

Bakıda irigövdəli ağac avtomobilin üzərinə aşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində əsən külək nəticəsində iri bir ağac aşaraq parklanan avtomobilin üstünə düşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumat BAKU.WS-in “qaynar xətti”nə daxil olub.

Məlumata görə, hadisə gecə saatlarında baş verib və xoşbəxtlikdən hadisə zamanı avtomobilin içərisində heç kim olmayıb.

Maşına ciddi ziyan dəyib.