Bakıda işıqfor işləmədi, tıxac yarandıbackend

Bakıda işıqfor işləmədi, böyük tıxac yarandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılıb.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bu səbəbdən Mətbuat prospekti və A.M.Şərifzadə küçələrində bəzi işıqforların işində fasilə yaranıb.

İşıqforların işləməməsi isə ərazidə tıxacın yaranmasına səbəb olub.

BNA-dan bildirilib ki, hazırda müvafiq qurum tərəfindən elektrik enerjisi verilişinin bərpası ilə bağlı iş aparılır: “Bunu nəzərə alaraq sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur”.