Bakıda it dişləyən azyaşlı qızın son vəziyyəti AÇIQLANDI – VİDEObackend

Bakıda it dişləyən azyaşlı qızın son vəziyyəti AÇIQLANDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın Lökbatan qəsəbəsi, “Qobu Park-2” yaşayış massivində mayın 11-i axşam saatlarında 11 yaşlı Zeynəb Süleymanova sahibsiz küçə itlərinin hücumuna məruz qalıb. İt dişləməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 2013-cü il təvəllüdlü şəxsin vəziyyəti stabildir.

NOCOMMENT.az xəbər verir ki, bunu baku.ws-in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd deyib.

O bildirib ki, azyaşlının müalicələri davam etdirilir.

Yaxın günlərdə evə buraxılması nəzərdə tutulur.