Bakıda itkin düşən gənc qız tapıldıbackend

Bakıda itkin düşən gənc qız tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda itkin düşən 21 yaşlı qız 20 gündən sonra tapılıb.

NOCOMMENT xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, paytaxtın Nəsimi rayonu ərazisində yaşayan 21 yaşlı Pərvanə Məmmədova polis tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri ilə tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, P.Məmmədova ötən ilin dekabrın 28-də yaşadığı ünvandan çıxaraq geri qayıtmamışdı.