Bakıda itkin düşən məktəbli qızlardan biri tapıldıbackend

Bakıda itkin düşən məktəbli qızlardan biri tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 3 qız itkin düşüb, onlardan biri tapılaraq sığınacağa yerləşdirilib.

NOCOMMENT xəbər verir ki, Yasamal rayon sakini 2007-ci il təvəllüdlü Hətəmxanova Zilan yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək itkin düşüb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin (RP) 28-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

Həmçinin 2008-ci il təvəllüdlü Allahverdiyeva Şəlalə “Nərimanov” parkından naməlum istiqamətdə gedib və geri qayıtmayıb. Faktla bağlı araşdırma Nərimanov RPİ-də aparılır.

Səbail Rayon Polis İdarəsinin 8-ci PB-nin və Çevik Polis Alayının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 8 gün əvvəl itkin düşmüş 15 yaşlı qız paytaxt ərazisində tapılaraq sığınacağa yerləşdirilib.