Bakıda itkin düşən şagird Instagram vasitəsilə tapıldıbackend

Bakıda itkin düşən şagird Instagram vasitəsilə tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın Xətai rayonunda itkin düşən məktəbli tapılıb.

NOCOMMENT.az oxu.az-a istinadla məlumat verir ki, bununla bağlı şagirdin oxuduğu Xətai rayonu, Şirvan küçəsində yerləşən 29 saylı orta məktəbdən məlumat verilib.

Bildirilib ki, 15 və 16 yanvar 2024-cü il tarixlərində 29 nömrəli tam orta məktəbdə 1 nəfər 11-ci sinif şagirdi dərs prosesində iştirak etməyib.

Sinif rəhbəri məktəblinin himayəsində yaşadığı yaxın qohumu ilə əlaqə saxladıqda şagirdin səhər evdən çıxdığı və sonradan evə qayıtmadığı məlum olub. Uşağın qohumu tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub.

Məktəb rəhbərliyi tərəfindən digər şagirdin köməyi ilə “Instagram” hesabı vasitəsilə şagirdlə əlaqə saxlanılıb, yeri müəyyən edildikdən sonra hüquq-mühafizə orqanlarına da məlumat verilib.

Şagirdlə məktəb rəhbərliyi və psixoloq tərəfindən müvafiq söhbət aparılıb, hazırda məktəbdədir, böyük summativ qiymətləndirmədə iştirak edir.

Qeyd edək ki, 2007-ci il təvəllüdlü şagird yanvarın 15-də Xətai rayonu, Şirvan küçəsində yerləşən 29 saylı orta məktəbə gedib və geri qayıtmayıb.