Bakıda kafedə dava: ər-arvad və qohumları bıçaqlandıbackend

Bakıda kafedə dava: ər-arvad və qohumları bıçaqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda kafedə dava düşüb, ər-arvad və gənc oğlan bıçaqlanıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə mayın 28-də Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, döngə 1-də yerləşən adsız kafedə qeydə alınıb.

Belə ki, kafedə müştəri qismində olan Ağacabədi rayon sakini, 1998-ci il təvəllüdlü Elxan Elşən oğlu Quliyev aralarında baş vermiş mübahisə zamanı digər masada əyləşən Cəbrayıl rayon sakini, 1972-ci il təvəllüdlü Səməndər Zəxara oğlu Səfərova, həyat yoldaşı Q.Səfərovaya və S.Səfərovun bacısı oğlu, 2003-cü il təvəllüdlü İlkin Elşən oğlu Məmmədliyə bıçaq xəsarətləri yetirib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, E.Quliyev şübhəli şəxs qismində saxlanılıb.